“Fair Play”mükafatının sahibləri

Niderlandın Veyk-an-Zee şəhərində beynəlxalq yarışda Avropa çempionu Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play”mükafatının sahibləri bilinib. Allsport.az saytı xəbər verir ki, bağlanışda əsas və “çağırış” turnirdə fərqlənənlər təltif ediliblər.

Vüqar Həşimov fondu tərəfindən təsis edilən mükafat əsas yarışda mübarizə aparan almaniyalı Vinsent Kaymer və “çelenc”in iştirakçısı türk Mustafa İlmaza verilib. Hər 2 şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.

Həmin kateqoriyadan