- Baxış sayı: 3
- 27 Noyabr 2024 18:21
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Qəbələ” Türkiyənin “Göztəpə” klubundan icarəyə götürdüyü Famussa Koneyə əvvəlki komandası “Samsunspor”dan üçqat artıq maaş ödəyir. Allsport.az saytı xəbər verir ki, əslən Malidən olan hücumçu 150 min dollar artıq əmək haqqı istədiyi üçün, samsunlularla müqaviləni uzada bilməyib. “Qırmızı şimşəklər”lə İzmir klubu arasında danışıqlar müsbət məcrada davam etsə də, 24 yaşlı forvardın istədiyi məbləğ problemə səbəb olub. Nəticədə onun qara dənizlilərlə icarə anlaşması pozulub.
Beləliklə, ötən yay “qırmızı-ağlar”dan mənfi cavab alan Kone 1-illik icarə əsasında “qırmızı-qaralar”a keçib. Məntiqlə, “Qəbələ” onun “Samsunspor”dan istədiyini ödədiyi üçün bu keçid baş tutub. Sportnet.az-ın məlumatına görə, hücumçu cari mövsüm ərzində 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Halbuki, o, “Samsunspor”da icarədə olduğu 2015-2016 mövsümü və 2016-2017 mövsümünün ikinci yarısında 47 oyuna 17 qol (29 – 11 və 18 – 6) vurub. Digər tərəfdən, Konenin əvvəlki klubunun ən məhsuldar hücumçuları üst-üstə 9 qol vura bilib.
Türkiyə mətbuatının yazdığından belə qənaətə gəlmək olar ki, Famussa Konenin “Qəbələ”də illik əmək haqqı 225 min dollardır. Onun “Samsunspor”dakı maaşı isə ildə 75 min dollar olub.