Feliks “Qızıl top” qazanacağına inanır

Ötən mövsümü icarə əsasında “Barselona”da keçirən “Atletiko Madrid”in hücumçusu Joao Feliks “Qızıl top”u qazanmağa qadir olduğuna inanır.

Allsport.az xəbər verir ki, bu barədə o, “Nude project”ə açıqlama verib:

“Hər kəs “Qızıl top”u qazanmaq arzusundadır. Düşünürəm ki, mükafatı qazanmaq üçün lazım olan keyfiyyətlərə sahibəm. Təbii ki, hələ də təkmilləşdirmə üçün yerlər var.

Çox şey baş verməlidir. Mənim 24 yaşım var. Çox çalışmalı və inanmalısan”.

Həmin kateqoriyadan