- Baxış sayı: 24
- 08 Aprel 2026 15:01
- Baxış sayı: 307
- Aprel 06, 2026
- 0

Felipe Santos güclülər dəstəsində 25-ci qolunu vurub. Allsport.az saytı xəbər verir ki, “Araz-Naxçıvan”ın braziliyalı legionçusu XXVI turunun “Sabah”la ev oyununda (2:4) hesabı açıb, 109-cu matçında “25”ə çatıb. Turnirdə 2021/22 mövsümündə debüt edən yarımmüdafiəçi 3 klubda çıxış edib.
O, “Şamaxı”da 6 (21 oyunda), “Qəbələ”də 3 (35 oyunda), “Araz-Naxçıvan”da 16 (53 oyunda) qol vurub. Felipe turnirin tarixində 25 və ya daha çox qol vuran 131-ci futbolçudur. Cənubi amerikalı eyni sayda qola imza atan Elvin Məmmədov, Ramazan Abbasov, Yaşar Hüseynov, Yaşar Vahabzadə, Nurlan Novruzov, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Zohair Benouahi, Robertas Poşkus, Draqan Çeran, Ülvi İsgəndərov və Toral Bayramova çatıb.