Fernandeş üçün 100 milyon

“Əl-Hilal” portuqaliyalı ulduz Bruno Fernandeşi heyətinə qatmaq niyyətindədir.

Allsport.az xəbər verir ki, Səudiyyə təmsilçisi “Mançester Yunayted”in kapitanı üçün 100 milyon funt-sterlinq təklif etməyə hazırlaşır. Bu transfer reallaşarsa, 31 yaşlı yarımmüdafiəçi həftədə 600 min funt-sterlinq (illik təxminən 29 milyon funt) qazanacaq. Bazar dəyəri 40 milyon avro olan Fernandeş bu mövsüm çıxdığı 19 matçda 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan