- Baxış sayı: 61
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 144
- Dekabr 19, 2025
- 0


Moskva SSKA-sının və Rusiya millisinin sabiq müdafiəçisi Mario Fernandes Sankt-Peterburqun “Zenit”inə keçir.
Allsport.az xəbər verir ki, daha əvvəl Fernandesin agenti onun bu yay SSKA-ya qayıtmaq ehtimalının az oldğunu bildirib. Səbəb olaraq isə transferdə maliyyə problemləri olduğunu deyib.
Futbolçu “Zenit”lə 2 illik müqavilə imzalayacaq və mövsümə 2,5 milyon avro maaş alacaq.
32 yaşlı Mario 2012-2022-ci illərdə SSKA-da çıxış edib. Daha sonra, Braziliyanın “İnternasional” klubundan ayrıldıqdan sonra aprel ayından klubsuz qalıb.