- Baxış sayı: 54
- 19 Dekabr 2025 14:28
- Baxış sayı: 91
- Dekabr 19, 2025
- 0


İtaliya komandası öz bazasında 1.000 pit-stop təcrübəsi ilə Bəhreyndə mövsümün ilk mərhələsinə hazırlaşır. Allsport.az saytı xəbər verir, mexaniklər 2 qrupa bölünüblər. Onlar növbə ilə Maranelloda gündə 20 pit-stop təlimi keçirlər.
Şöbənin rəhbəri Dieqo Yoverno, heyətin mövsümün əvvəlinə mükəmməl hazırlığa gəlməsini təmin etmək üçün, fitnes və qidalanma planına nəzarət edir. “Ferrari” ötən mövsüm 3-saniyə ərzində pit-stoplarının 73 faizini etməyi bacarmışdısa, mütəxəssis, builki nəticəni 80 faizə qədər yüksəltməyi hədəfləyib.