- Baxış sayı: 58
- 03 Mart 2026 12:56
- Baxış sayı: 71
- Mart 02, 2026
- 0

Maks Ferstappenin yarış mühəndisi Canpyero Lambiaze (GP) yaxın gələcəkdə “Red Bull” komandasını tərk etmək niyyətində deyil.
Allsport.az xəbər verir ki, Lambiazenin komanda ilə hazırkı müqaviləsi 2027-ci ilin sonuna qədər qüvvədədir. Son aylar ərzində mətbuatda onun “Aston Martin” və ya “Uilyams” komandalarına keçəcəyi, orada direktor və ya komanda rəhbəri kimi yüksək vəzifələr tutacağı barədə ciddi şayiələr yayılmışdı.
Lambiaze 2026-cı il mövsümündə həm Maks Ferstappenin yarış mühəndisi, həm də “Red Bull”un yarış departamentinin rəhbəri vəzifələrini icra etməyə davam edəcək.