FHN-in kikboksçuları Heydər Əliyevin xatirə turnirində uğurlu çıxış ediblər

Fövqəladə hallar nazirliyinin kikboks üzrə kişilərdən ibarət komandasının üzvləri Hövsan olimpiya idman kompleksində ümummili lider Heydər Əliyevin xatirəsinə gənclər, yeniyetmələr və böyüklər arasında açıq turnirdə yüksək nəticələr qazanıblar. Allsport.az saytı xəbər verir ki, Bakı şəhər gənclər və idman baş idarəsinin dəstəyi, Azərbaycan kikboksinq federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 33 komandadan 200-ə yaxın idmançı iştirak edib.

“Lou kik” növündə Eyvaz Əliyev (67 kq), idman-sağlamlıq klubunun əməkdaşı Hüseyn Mirzəyev (86 kq) və FHN akademiyasının kursantı İlqar Zeynallı (86 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüblər.

Qaliblərə Bakı şəhər gənclər və idman baş idarəsinin kubok, medal və diplomları təqdim olunub. Fövqəladə hallar nazirliyinin idman-sağlamlıq klubunun rəisi Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar və məşqçi-müəllimlə görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edərək gələcək yarışlarda uğurlar arzulayıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish