FİFA-dan yenilik

FİFA gələn ildən etibarən “The Best”in əvəzinə yeni mükafat tərtib edib.

Allsport.az xəbər verir ki, Dubayda keçirilən ümumdünya idman sammitində FİFA və Dubay idman şurası arasında bununla bağlı rəsmi memorandum imzalanıb.

Yeni mükafatın ilk təqdimat mərasimi 2026-cı ildə Dubayda baş tutacaq. Bu, qurumun dünyada yeganə rəsmi fərdi mükafatı olacaq.

“The Best” titulunun ən son sahibi PSJ-nin futbolçusu Osman Dembeledir.

Həmin kateqoriyadan