Fil Dişi Sahilindən olan hücumçu “Qəbələ”də

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” İbrahim Sanqareni heyətinə qatıb. Fil Dişi Sahili əsilli 31 yaşlı fransalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Onun son klubu İsrail təmsilçisi “Hapoel Hadera” olub. Bunadək Fransada “Lentente”, “Şambli”, “Avranş”, “Oser”, “Kretey”, “Orlean”, “Le Puy”, Türkiyədə “Girəsunspor”, “Mənəmənspor”, Kiprdə “Otelyos” klubların çıxış edib.

Xatırladaq ki, “Qəbələ” bunadək Prins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kundeni transfer edib.

Həmin kateqoriyadan