- Baxış sayı: 17
- 27 Noyabr 2024 13:30
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Filip Ozobiç “Qəbələ”nin heyətində 20-ci qolunu vurub. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin yubiley topu Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Mil-Muğan”la ev oyununa təsadüf edib. Bu matçadək “qırmızı-qara” formada 17 qolu olan Filip 8:0 hesablı qələbəyə het-triklə töhfə verib. Onun qarşılaşmadakı son qolu “Qəbələ”də 20-ci sevinci olub. Bununla da Ozobiç klub tarixində 20 və daha çox qol vuran 4 oyunçudan birinə çevrilib. 55-ci oyunda “20”yə çatan yarımmüdafiəçi klub tarixinin bombardirləri siyahısında 3-cü yeri Rövşən Əhmədovla bölüşür. Bu cütlük yalnız Viktor Mendi (33) və Dododan (30) geri qalır.
Qəbələ şəhər stadionundakı qələbə klubun tarixində 46-cı, Azərbaycan kubokunda 9-cu böyükhesablı qələbə olub. “Qırmızı-qaralar” öz meydanında 29-cu dəfə 3 və ya daha çox top fərqilə qalib gəlib. Kubokdakı belə qələbələrdən 7-si evdə, 2-si səfərdə qeydə alınıb.
“Mil-Muğan”la görüşdə 8:0 hesablı qələbə qazanan komandamız kubok tarixində özünün ən böyükhesablı qələbəsini əldə edib. Bunadək rekord 2015-ci il dekabrında eyni rəqiblə matçda qazanılan 7:0 hesablı qələbə idi.
“Qəbələ” həm də klub tarixinin ən böyükhesablı qələbəsini təkrarlayıb. 3-cü dəfə 8 top fərqi ilə qalib gələn “qırmızı-qaralar” 1-ci dəstədə “Şərur”u (2005-ci il sentyabrın 21-də), premyer liqada “Neftçi”ni (2016-cı il sentyabrın 10-da) bu hesabla məğlub etmişdi.