- Baxış sayı: 41
- 03 Mart 2026 22:11
- Baxış sayı: 61
- Mart 02, 2026
- 0

İspaniya superkubokunun yarımfinal matçında “Real Madrid” “Atletiko Madrid”i 2:1 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, matç Səudiyyə Ərəbistanında keçirilib.
Qalib komandanın heyətində qolları Federiko Valverde və Rodriqo vurublar. “Atletiko”dan isə Aleksandr Sörlot (59) fərqlənib.
“Real Madrid” finalda daha əvvəl “Atletik Bilbao”nu 5:0 hesabı ilə məğlub edən “Barselona” ilə qarşılaşacaq. Matç yanvarın 11-də keçiriləcək.