“Finalissima” təhlükədə

İspaniya və Argentina milliləri arasında keçirilməsi planlaşdırılan “Finalissima” matçı ləğv olunma təhlükəsi ilə üz-üzədir.

Allsport.az xəbər verir ki, yaxın şərqdə davam edən hərbi gərginlik səbəbindən qarşılaşmanın Qətərin paytaxtı Dohadan Madridə, “Santyaqo Bernabeu” stadionuna köçürülməsi müzakirə edilir.

İspaniya kral futbol federasiyası (RFEF) oyunun Madriddə keçirilməsi üçün “Real” klubu ilə razılığa gəlsə də, Argentina futbol assosiasiyası (AFA) bu təklifə hələ ki, müsbət cavab verməyib. Tərəflər arasında razılığın əldə olunmaması və Argentinanın bu ikonik stadionda oynamağa tərəddüd etməsi matçın gələcəyini sual altına qoyur. İspaniya tərəfində belə bir rəy yaranıb ki, 2022-ci ilin dünya çempionları ümumiyyətlə bu turnirdə iştirak etmək niyyətində deyillər. Hazırda federasiyalar arasında danışıqlar davam etsə də, hələlik yekun qərar verilməyib.

Həmin kateqoriyadan