- Baxış sayı: 31
- 04 Mart 2026 20:27
- Baxış sayı: 69
- Mart 02, 2026
- 0

İspaniya və Argentina yığmaları arasında keçiriləcək Finalissima matçının yeri böyük ehtimalla Avropaya keçiriləcək.
Allsport.az xəbər verir ki, UEFA və KONMEBOL Qətərlə birlikdə yaxın 48 saat ərzində yekun qərarını açıqlayacaq.
Hazırda oyunun keçirilməsi üçün London, Roma və Milan şəhərləri əsas namizədlər hesab olunur.
Matçın Afrika qitəsində – Mərakeşin Rabat şəhərində keçirilməsi variantı da müzakirə edilir.
Qarşılaşma ilkin olaraq martın 27-də Qətərdə planlaşdırılsa da, yaxın şərqdəki gərgin vəziyyət səbəbindən Qətər futbol federasiyası ölkədəki bütün turnirləri dayandırıb. Bu səbəbdən qitə çempionlarının duelinin yeni ünvanı yaxın günlərdə dəqiqləşəcək.