- Baxış sayı: 48
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Rəvan” PFK-nın U-19 komandasında baş məşqçi istefası reallaşıb. Allsport.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi U-19 Liqasının 2014/15 mövsümünün çempionu olan kollektivə rəhbərlik edən Fizuli Məmmədov öz istəyi ilə paytaxt klubundan gedib.
Bu gün klub rəhbərliyi ilə F.Məmmədov arasında baş tutan görüşdə gənc mütəxəssisin istefası qəbul olunub. “Rəvan” PFK-nın vitse-prezidenti İlqar Axundov ona gördüyü işlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2015/16 mövsümündə ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək “Rəvan” PFK-nın U-19 komandasının yeni baş məşqçisi yaxın günlərdə bəlli olacaq.