- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

“Neftçi”nin yeni mövsüm üçün yay hazırlıq proqramı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, hazırda istirahətdə olan komanda iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və baş məşqçi Roberto Bordinin rəhbərliyi altında ilk məşqinə çıxacaq. Bu gündən isə futbolçular tibbi müayinədən keçməyə başlayıb.
“Neftçi” iyunun 22-nə qədər paytaxtda məşqləri davam etdirəcək. DSonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək.
İyulun 6-dək Topuk yaylası bölgəsində baş tutacaq hazırlıq prosesində Roberto Bordinin yetirmələri 4 yoxlama görüşü keçirdəcək. Rəqiblərin kimliyi haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək.