Flik Leaonu istəyir

“Barselona” hücum xəttini gücləndirmək imkanını nəzərdən keçirməkdə davam edir.

Allsport.az xəbər verir ki, Kataloniya klubu uzun müddətdir ki, “Milan”dan Rafael Leao və “Atletik Bilbao”dan Nikolas Uilyamsa maraq göstərir.

“Barsa”nın baş məşqçisi Hans Flik daha çox portuqaliyalı futbolçunun keçidini istəyir.

Leao cari mövsüm ərzində meydana çıxdığı 48 oyunda 12 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Həmin kateqoriyadan