Flik rəqiblərini qabaqladı

La liqada ötən mövsümün ən yaxşı baş məşqçisi seçilib.

Allsport.az xəbər verir ki, bu ada “Barselona”nın baş məşqçisi Hans-Diter Flik layiq görülüb.

60 yaşlı mütəxəssis səsvermədə Ernesto Valverde (“Atletik Bilbao”), Mişel Sançes (“Jirona”), Dieqo Simeone (“Atletiko Madrid”), Xose Bordalas (“Xetafe”), Manuel Pelleqrini (“Real Betis”) və Manolo Qonzalesi (“Espanyol”) qabaqlayıb.

“Barselona” Hans-Diter Flikin rəhbərliyi altında çempionatın qalibi olub. 

Həmin kateqoriyadan