Font Messinin dəstəyinə güvənir

“Barselona”da keçiriləcək prezident seçkiləri öncəsi Lionel Messinin mövqeyi həlledici amilə çevrilə bilər.

Allsport.az xəbər verir ki, hazırkı prezident Xuan Laporta seçkilərin favoriti hesab olunsa da, onun rəqibi Viktor Font ulduz futbolçunun dəstəyinə ümid edir.

Məlumata görə, 2021-ci ildə klubdan ayrılma formasından dolayı Messinin Laportaya qarşı hələ də incikliyi davam edir. Analitiklər argentinalı hücumçunun seçki prosesinə hər hansı müdaxiləsini “nüvə düyməsi”nə bənzədirlər. Belə ki, onun tərəfindən ediləcək kiçik bir jest belə seçicilərin rəyini tamamilə dəyişmək gücündədir.

Laporta bu riskin fərqində olsa da, 2023-cü ildə Messinin geri qaytarılması ilə bağlı qərarları da daxil olmaqla, öz fəaliyyətini müdafiə etməyə davam edir. Seçkilərə cəmi bir neçə gün qalmış futbol ikonunun ata biləcəyi hər hansı addımın nəticəyə birbaşa təsir edəcəyi gözlənilir.

Həmin kateqoriyadan