- Baxış sayı: 42
- 18 Dekabr 2024 14:56
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, çempionatda çıxış edən komandaların etirazına baxmayaraq, Formula-1 rəhbərliyi yarışların sayını artırmaqdadır. Buna səbəb olaraq, işçi qüvvəsinin mütamadi uçuşlardan sonra, psixoloji və fiziki yorğunluğdan narahat olmasıdır. Trass işçi qüvvəsinin üzərinə düşən iş prosesi gərgin olduğundan, onların vəzifə öhtəlikləri də daha məhsuliyyətlidir.
Yarış öncəsi bolidi yığmaq üçün tonlarla yük bir şəhərdən, ölkədən və ya qitədən digərinə çatdırılmalıdır. Məsələn Avropa qran prilərin sırasında tək Kanada mərhələsinin olması iştirakçılara çətinlik yaradır. 2023-cü il tarixin ən bahalı çempionatı olacağı gözlənilir. Müxtəlif regionlarda yerləşən mərhələlər çempionata təsirini göstərəcək.
Səudiyyə Əribistandan sonra Avstraliya yarışı, oradan birbaşa Azərbaycan qran prisi şübhəsiz ki, komandaların illik büdcəsində öz təsirini tapacaq. Mövsümün bahalaşmasına təsir göstərəcək daha bir nüans inflasiyadır. Hətta planetin ən zəngin komandaları belə inflasiyadan sığortalanmayıb. Bütün bu problemlərə rəğmən, Formula-1 yarışların sayını 30-qədər artıra biləcəyini qürurla bəyan edib.