Fransa futbolunun əfsanəsi vəfat etdi

Fransa futbol tarixinin ən yaxşı futbolçularından biri Bernard Lakomb 72 yaşında dünyasını dəyişib.

Allsport.az xəbər verir ki, veteran hücumçu karyerası ərzində “Lion”, “Sent-Etyen” və “Bordo”da çıxış edib. Fransa çempionatında ümumi qol sayına görə Lakomb 255 qolla yalnız argentinalı Delio Onnisidən geridə qalaraq ikinci yerdədir.

Bernard üçqat Fransa çempionu və üçqat ölkə kubokunun qalibidir. O, Fransa millisində 38 oyun keçirib, 12 qol vurub. Yığma ilə birlikdə 1984-cü ildə Avropa çempionu olub.

1996-2000-ci illərdə o, “Lion”u çalışdırıb və komandanı 1997-ci ildə İntertoto kubokunda çempionluğa gətirib çıxarıb.

Həmin kateqoriyadan