Fransanın paytaxtında futbolun inkişafı nəzərdən keçirildi

AFFA prezidenti Rövşən Nəcəf – Fransanın paytaxtı səfəri çərçivəsində FİFA-nın prezidenti Canni İnfantino ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda ali qurumun baş katibi Mattias Qrafström və Avropa üzrə regional direktoru Elxan Məmmədov da iştirak ediblər.

Söhbət zamanı ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə olunub, uşaq və qadın futbolunun təkmilləşdirilməsi, kütləviliyin və futbola marağın artırılması məsələləri nəzərdən keçirilib.

Görüşdə Canni İnfantino Azərbaycanın ilk dəfə təşkil olunan “FİFA sıralaması” turnirinə uğurla ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.

Həmin kateqoriyadan