Fransaya qayıtmağa yaxındır

“Krasnodar”ın müdafiəçisi Jubal karyerasını Fransada davam etdirə bilər.

Allsport.az xəbər verir ki, 32 yaşlı braziliyalı futbolçu ilə “Nant” klubu yaxından maraqlanır və artıq transfer danışıqlarına başlanılıb.

Jubal ötən yay “Oser”dən “Krasnodar”a azad agent kimi qoşulub. Cari mövsümdə 10 oyunda 1 qol vuran müdafiəçinin müqaviləsi 2027-ci ilə qədərdir. Onun bazar dəyəri 2 milyon avro qiymətləndirilir.

Həmin kateqoriyadan