“Futbolçular istəklidirlər, özlərinə gəliblər”

“Qarabağ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununda “Neftçi” (Fərqanə, Özbəkistan) ilə qarşılaşıb.

Allsport.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov komandasının 5:0 hesablı qələbə qazandığı görüş barədə fikrini bildirib:

“İlk oyunumuz idi. Hazırlıq ümumilikdə pis getmir. İstərdik ki, vaxtımız bir az çox olsun. Yanvarın 16-da daha bir matçımız var. Daha bir yoxlama oyunu keçirilməsini istərdik. Əfsuslar olsun ki, vaxtımız yoxdur. Futbolçular istəklidirlər, özlərinə gəliblər. İlin sonunda çox yorğun idilər. Əvvəlki günlərinə, futbol sevgisinə bir az qayıdıblar. Düzdür, Aleksey Kaşukla Toral Bayramov bir neçə gün məşqdən kənar qaldılar. Amma ümumilikdə hazırlıq proqram üzrə gedir. Rəqibin oyunlarına da baxmışdıq. Bir az sistemlərini dəyişmişdilər. Onların belə oyununu normal qarşıladım”.

Həmin kateqoriyadan