- Baxış sayı: 34
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0
Almaniya Kubokunda birinci mərhələnin oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna” da ilk matçına çıxıb.
Düsseldorf təmsilçisi səfərdə “Rot Vayss Essen”lə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı qolsuz bitdiyindən cütün taleyinə penaltilər aydınlıq gətirib. 3:1 hesabıyla üstün olan futbolçumuzun komandası mərhələ keçib.
Bir gün öncə klubun U-23 komandasının heyətində Qərb Regional Liqasında matça çıxmış Ərat bu qarşılaşmanın iştirakçısı olmayıb.