- Baxış sayı: 23
- 22 Mart 2026 10:40
- Baxış sayı: 230
- Mart 19, 2026
- 0
Almaniya Qərb Regional Liqasında 19-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə “Borussia II” (Dortmund) ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Ərat bu görüşdə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 25 xalla 19 klub arasında 12-ci pillədə qərarlaşıb.