“Futbolda vurmayana vurarlar deyimi var”

“Araz-Naxçıvan” premyer liqanın XXII turunda evdə “Zirə”yə 0:1 hesabı ilə uduzub.

Allsport.az xəbər verir ki, qarşılaşmadan sonra muxtar respublika təmsilçisinin çalışdırıcısı Andrey Demçenko mətbuat konfransında iştirak edib: “Pis oynamadıq. Qol vurmaq, qələbə qazanmaq üçün yaxşı imkanlarımız oldu. Ancaq futbolda vurmayana vurarlar deyimi var. Təbii ki, səhvimizdən qol buraxdıq. Ancaq meydanda daha yaxşı, istəkli komandamız var idi”.

Həmin kateqoriyadan