“Futboldan çox əvvəl Səudiyyə Ərəbistanında olmaq istəyirdim”

Allsport.az saytı xəbər verir ki, “Real”ın sabiq hücumçusu Kərim Benzema, Səudiyyə Ərəbistanından “Əl-İttihad”a keçməsini şərh edib. Sitat:

“Madrid klubunda əldə etdiyim hər şeydən sonra, mənim üçün yeni bir şey tapmaq vaxtı gəlib çatdı. Futboldan çox əvvəl Səudiyyə Ərəbistanında olmaq istəyirdim. Bu müsəlman ölkəsidir və məni qucaq açıb qarşıladılar.

Futbol layihəsi inkişaf etməyə başladı və mən bu layihədə iştirak etmək istədiyimi söylədim. İstər futbol meydanında, istərsə də ondan kənarda çox xoşbəxtəm. Başqalarının sevgisini hiss edirəm. Burada da çoxlu azarkeş var, onlar da futbolu həvəslə sevirlər.

Avropada bu liqa izlənilmədiyi üçün, Səudiyyə Ərəbistanında futbolun səviyyəsi məni təəccübləndirdi. Burada qələbələr üçün mübarizə aparan çoxlu böyük oyunçular var”.

Həmin kateqoriyadan