Gələn ilin dünya çempionatı Krasnoyarskda deyil, Belqradda keçiriləcək

Dünya güləş birliyinin icraiyyə komitəsinin növbədənkənar iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda səsvermə yolu ilə gələn il Paris-2024-ə vəsiqə verən dünya çempionatının məkanı müəyyənləşib. Yarış ardıcıl 2-ci dəfə Serbiya paytaxtı Belqradda keçiriləcək.

Öncə ev sahibi kimi Rusiyanın Krasnoyarsk şəhəri təsdiq edilmişdi. Ancaq beynəlxalq olimpiya komitəsinin Rusiyaya tətbiq etdiyi sanksiyalara uyğun olaraq, lisenziya xarakterli dünya çempionatının məkanı dəyişdirilib. Həmçinin, mundialın tarixində də dəyişiklik gözlənilir.

Əvvəl 16-24 sentyabrda DÇ-nin keçirilməsi nəzərdə tutulmuşdu. Sentyabrın 23-də Asiya oyunları start götürəcək. Bunu nəzərə alan DGB, vaxtını dəyişdirməyi planlaşdırır.

Bu yarışda hər çəkidə 3 idmançı olimpiadaya vəsiqə qazanacaq. Ümumilikdə Belqradda 90 güləşçi ölkəsinə vəsiqə qazandıracaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish