- Baxış sayı: 39
- 20 Dekabr 2024 22:55
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
İspaniyanın Malaqa şəhərində gənc cüdoçuların Avropa birinciliyində komanda yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi bu sınaqda tarixi uğur qazanıb. Seçməmiz Böyük Britaniya və Ukrayna yığmalarını məğlub edərək yarımfinala çıxıblar. 1/2 finalda Niderland cüdoçuları üzərində inamlı qələbə qazanan komandamız tarixində ilk dəfə olaraq finala yüksəlib.
Gürcüstan millisinə qarşı olan həlledici görüş gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Nəticədə, güclü rəqibinə 2:3 hesabı ilə uduzan cüdoçularımız gümüş medalla kifayətləniblər.
Xatırladaq ki, yarışın ilk günündə Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) 1-ci yerə çıxıblar. 43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı Avropa birinciliyində millimiz 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunub.