- Baxış sayı: 10
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 112
- Dekabr 05, 2025
- 0

“Araz-Naxçıvan” Azərbaycan premyer liqasının XXXVI turunda evdə “Zirə”yə minimal hesabla uduzub.
Allsport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında iştirak edib:
“Komandamı təbrik edirəm. Mövsüm ərzində böyük iş gördülər. İlk toplanışdan iddialarını ortaya qoydular və mövsümü layiq olduqları yerdə başa vurdular. Buna görə də onlara təşəkkür edirəm.
Gələcəklə bağlı indidən nəsə deyə bilmərəm. Hələ rəhbərliklə söhbətimiz olmayıb. İstənilən halda komandaya uğur arzulayıram. Komanda mənim üçün doğmadır. Çünki birlikdə çox çətin yol qət etmişik”.