Gəncə icra başçısı tərəfindən VİP-dən qovulmuş “Neftçi” rəhbərliyi yenə orada yer almadı
21 oktyabr 2017 / 17:17 Baxış sayı: 1233 “Neftçi” rəhbərliyi yenə VİP-kürsüdə əyləşməyib. Allsport.az saytı xəbər verir ki, “Kəpəz”lə oyun üçün Gəncəyə gələn qonaqlar azarkeşlərinin yer aldığı tribunaya yaxın yerdə qərar tutub.
Ötən mövsüm 2 klubun rəhbərliyi arasında münaqişə yaranmış, Gəncə icra başçısı onları rəsmilərin əyləşdiyi tribunadan qovmuşdu. O vaxtdan Bakı klubu rəhbərliyi azarkeşlərlə yanaşı əyləşir.
Futbolinfo.az-ın məlumatına görə, Elmar Vəliyev VİP-lojada öz işçiləri ilə birgə yerini alıb.