Gəncədə Avropa kuboku: Qazaxıstan 9, Azərbaycan 3 qızıl! Yeniyetmə cüdoçular niyə geriləyir?

4-5 apreldə Gəncə idman sarayında yeniyetmə cüdoçuların Avropa kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 10 ölkədən 269 idmançı iştirak edib. Bu beynəlxalq yarışa ACF ciddi hazırlaşıb və böyük vəsait xərcləyib. Tədbir, günü az icarə haqqı ilə başı gələn və ötən il 3-cü MDB oyunları ərəfəsində təmir-bərpa olunan Gəncə olimpiya idman kompleksində deyil, Qafqazın ən nəhəng idman qurğusunda təşkil edilib. Avropa kubokuna ACF paytaxtdan böyük KİV ordusu da göndərib.

Azərbaycan cüdo federasiyası oğlanlarda 92, qızlarda 35 nəfərlə təmsil olunub. Bu yarışda ən yüksək nəticəni Qazaxıstan göstərib: cəmdə 9 qızıl, 6 gümüş, 10 bürünc medal! Ev sahibi 3 (ancaq oğlanlar!) qızıl, 4 gümüş və 13 bürünc mükafata yiyələnib. Türkiyə 2 qızıl (ancaq qızlar) medala sahib çıxıb.

Orta Asiya ölkəsinin 40 cüdo (29 oğlan, 11 qız) ilə əsas əyarda Azərbaycanı xeyli qabaqlaması idman ictimaiyyətini düşündürməyə başlayıb. Görünür, yeniyetmə millilərimiz artıq bəzi Orta Asiya ölkələrindən əməlli-başlı geri qalmağa başlayıb. Nəzərə alaq ki, bir çox idman növündə bizi üstələməyə başlayan Özbəkistan bu rəqabətə qatılmayıb.

Azərbaycan cüdo federasiyası nəticələrlə bağlı ictimaiyyətə hələ hesabat verməyib.

Həmin kateqoriyadan