- Baxış sayı: 105
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 105
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasının XXIV turunun “Araz-Naxçıvan” – “Səbail” oyunundan (0:0) sonra ev sahibi komandanın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, zədəli futbolçuların çoxluğundan şikayətlənib:
“Gərgin oyun alındı. Xüsusilə birinci hissədə “Səbail”in təzyiqi oyunumuzu qurmağa imkan vermədi. Fasilədən sonra əvəzetmələrlə oyunu xeyrimizə dəyişdik. Əsas problem sonluqla bağlı oldu.
Çox çətindir. Önəmli futbolçularımızın əksəriyyəti zədəlidir. Bu da rotasiya etməyə imkan vermir. Onlar komandaya qoşulduqdan sonra hücumda daha rəngarəng oynayacağımızı düşünürəm.
Vandersonun müdafiənin mərkəzinə cəkməyimiz məcburiyyətdən idi. Çünki bir stoperimiz cəzalı, digəri zədəlidir”.