“Galatasaray”ın U-16 komandasını məğlub edən qızlarımız bu gün vətənə qayıdır

16 və 18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan milli komandaları Türkiyə toplanışını başa vurub. Allsport.az xəbər verir ki, komandalarımız İstanbul hazırlığını qələbələrlə bitiriblər.

Türkiyəli mütəxəssis Evrən Alqayanın rəhbərlik etdiyi millilərimiz keçirdikləri növbəti 8 yoxlama oyununun yalnız birində məğlub olublar. Yüksək liqa təmsilçisi “Galatasaray”ın U-16 komandası üzərində önəmli qələbə qazanan basketbolçularımız yalnız “Əmlak Konut”la bacarmayıb.

U-16
Azərbaycan – “Qalatasaray” – 65:54
Azərbaycan – “Besaş” – 82:56
Azərbaycan – “Bursa Uludağ” – 69:57
Azərbaycan – “Əmlak Konut” – 54:66

U-18
Azərbaycan – “Besaş” – 72:61
Azərbaycan – “Bursa Uludağ” – 84:70
Azərbaycan – “İstanbul Allstar” – 75:74

Qızlarımız bu təlim-məşq toplanışında keçirilmiş yoxlama oyunlarında 14 qələbə qazanıb və cəmi bir dəfə məğlub olublar.

Həmin kateqoriyadan