- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
“Araz-Naxcıvan” milli komandaların oyunu ilə əlaqədar yaranmış fasilədə Qəbələdə yerli klubla yoxlama görüşündə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Azər Bağırov bunu deyib:
“Qəbələdə oynamaqda məqsədimiz komandanı səfərdə sınamaq idi. Bakıdakı hazırlıq müddətində uşaqları yükləmişdik və bunun fonunda onları iş başında bir daha yoxladıq. Xoş atmosferdə keçdi oyun. Görüşü zədəsiz başa vurduq.
Hər iki hissədə maraqlı hücumlarımız alındı, hansı ki, bu gedişlər üzərində yeni-yeni işləyirik. Müdafiədən isə uzun deyil, qısa ötürmələrlə çıxmağa çalışdıq. Yəni bunların üzərində 4-5 gün isləməyimizə baxmayaraq, nəticə pis deyildi.
Birinci hissədə əvvəlki oyunlarda az şans verdiyimiz futbolçulara da meydana çıxmaq imkanı yaratdıq. Onların da təzyiq altında nəyə qadir olduqlarını gördük. Maraqlı və faydalı bir görüş oldu”.