Göygöl olimpiya idman kompleksində bölgə cüdoçuları üçün ustad dərsi

Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə Göygöl olimpiya idman kompleksində 120-ə yaxın bölgə idmançıları üçün ustad dərsləri təşkil olunub. Allsport.az saytı xəbər verir ki, tədbiri ACF-in vitse-prezidenti Elnur Məmmədli, Özbəkistan yığmasının baş məşqçisi İlias İliadis və ACF prezidentinin müşaviri Natiq Bağırov keçiriblər.

Master klasda Gəncə və Naftalan şəhərlərindən, Göygöl, Tovuz və Qazax rayonlarından cüdo ilə məşğul olan yeniyetmələr və gənclər qatılıblar. İdmançılar məşq zamanı müxtəlif fəndləri yerinə yetiriblər və tövsiyələr alıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish