“Güclü rəqiblər bunu bağışlamır”

“Sumqayıt” premyer liqanın XVI turunda doğma meydanında “Neftçi” ilə qarşılaşıb.

Allsport.az xəbər verir ki, “kimyaçılar”ın Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşdə məğlub olub – 1:3.

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında bunu deyib:

“İlk növbədə “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm. Yenə də fərdi səhvlər nəticəsində qollar buraxdıq, bu da yekunda məğlubiyyətə gətirib çıxardı. Biz məşqçilər korpusu olaraq hər dəfə tapşırıqlarımızı versək də, bu fərdi səhvlər təkrarlanmağa davam edir. Elə olduğu təqdirdə də güclü rəqiblər bunu bağışlamır”.

Həmin kateqoriyadan