Yunan-Roma güləş tarixində 3-cü dəfə

Yunan-Roma güləşində 2-qat Avropa çempionları sırasına Həsrət Cəfərov (67 kq) da qoşulub.

Allsport.az xəbər verir ki, buna qədər Rövşən Bayramov (55 kq; 2007,2008), Elçin Əliyev (55 kq; 2010, 2012) və Eldəniz Əzizli (55 kq; 2018, 2022) eyni sevinci yaşayıblar.

Rafiq Hüseynov (74 kq, 2011; 82 kq -2020, 2022) 3-qat qitə çempionu olan yeganə yunan-Roma güləşçimizdir.

Adları 3-cü və 4-cü çəkilən təmsilçilərimiz idmançı karyerasını davam etdirirlər.

Həmin kateqoriyadan