- Baxış sayı: 77
- 23 İyul 2024 21:27
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Pekin İdman Universitetində təhsil alan Sadiq Həsənov bodibildinq yarışının final mərhələsinin qalibi olub. Allsport.az saytı xəbər verir ki, Çində keçirilən ən irimiqyaslı tədbirlərdən olan bu mübarizədə 9 çəki dərəçəsi üzrə rəqabət aparıb.
Azərtac.az-ın məlumatına görə, Pekində keçirilmiş final mərhələsinə il ərzində təşkil olunan yarışlarda yüksək nəticələr göstərmiş idmançılar yarışmaq hüququ qazanıb.
Həmyerlimiz fitnes-model yarışında “A” kateqoriyasında gücünü sınayıb. Bütün rəqiblərindən üstün olan həmyerlimiz yarışın qalibi adını qazanıb. O, Çində təşkil olunan ənənəvi yarışlarda daim yüksək nəticələr göstərir; bir neçə yarışda mükafatçılar sırasında olmağı bacarıb.