- Baxış sayı: 52
- 26 Sentyabr 2023 15:03
- Baxış sayı: 38
- Sentyabr 27, 2023
- 0
Rusiyanın həndbol komandalarından “Astraxanoçka”nın hücumçusu Viktoriya Divak dünyasını dəyişib. Ölümün səbəbi hələdə dəqiqləşməyib.
Allsport.az xəbər verir ki, klubun mətbuat xidməti hadisə ilə bağlı paylşım edib:
“Bu gün komandamızın oyunçusu Viktoriya Divakın həyatı faciəvi şəkildə başa çatdı. Viktoriyanın vaxtsız ölümünə görə dərin kədərlənir, ailəsinə və dostlarına başsağlığı veririk. Vikanın cəmi 29 yaşı var idi… Sən bizim qəlbimizdə əbədisən!”.
Divak komandanın tərkibində 3 dəfə Rusiya çempionatının qalibi olub. O, həmçinin “Kuban”, Almaniyanın “Halle-Neustadt”, Fransanın “Açenheim Truçterşeim” və Belarusun “Gomel”in heyyətlərində də çıxış edib.
2009-cu ildə Rusiyanın yeniyetmələrdən ibarət komandasının tərkibində Viktoriya Avropa çempionatının qalibi olub.