Həndbol üzrə ölkə çempionatının püşkü atıldı. Yeni mövsümdə klubların sayı artıb

Azərbaycan həndbol federasiyasında ölkə çempionatının püşkatması olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə federasiyanın məsul əməkdaşları və komandaların baş məşqçiləri iştirak ediblər.

Yarışın direktoru İsgəndər Əsgərov 2022-2023-cü illər üzrə respublika çempionatının noyabrın 12-dən aprelin 30-dək “AHF arena” keçiriləcəyini bildirib. Qeyd olunub ki, mübariə dairəvi üsulla 4 dövrədən ibarət olacaq.

Həmçinin çempionatın reqlamenti, qaydalardakı son dəyişikliklər, oyun cədvəli və digər məsələlər barədə məlumat verilib. Yarışlarda iştirak edəcək komandaların adları açıqlanıb.

Ümumilikdə, 7 kişi (“Bakı”, “Təhsil”, “Məhsul”, “İdman Akademiyası”, “Dinamo”, RİOEUGİM, U-16), 5 qadın (“Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu”, U-16) komandalarının çıxış edəcəyi diqqətə çatdırılıb.

Keçən çempionatda yüksək liqada 6, superliqada 4 klub çıxış edirdi.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish