“Hər iki rəqibimiz güclü komandadır”

“Hazırlıqlara ayın əvvəlində başlamışıq, bu gün yarış öncəsi son məşqimiz oldu”.

Allsport.az xəbər verir ki, bunu Azərbaycan yığmasının voleybolçusu Yusif Bünyatov deyib.

Gənc idmançı millimizin Qızıl Avropa liqasına hazırlığını dəyərləndirib: “Bu il komandamızda gənc oyunçular çoxdur. Bu matçlar biz gənclər üçün də yaxşı təcrübə olacaq. İlk oyunumuz sabah Rumıniyaya qarşı olacaq, iki gün sonra isə Ukrayna ilə qarşılacağıq. Hər iki rəqibimiz güclü komandadır, kifayət qərər təcrübəli voleybolçulardan təşkil olunublar. Buna baxmayaraq, biz maksimum gücümüzlə oynamağa və qələbə qazanmağa çalışacağıq”.

Həmin kateqoriyadan