- Baxış sayı: 77
- 23 İyul 2024 21:27
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Amerikalı döyüşçü, ağır çəkidə UFC üzrə dünya çempionu Şon Omalli rusiyalı Umar Nurməhəmmədovla ABŞ təmsilçisi Kori Sandhagen arasında döyüş təyin edilməsinə münasibət bildirib.
Allsport.az xəbər verir ki, Nurməhəmmədov və Sandhagen avqustun 3-də Abu Dabidə (BƏƏ) keçiriləcək UFC turnirinin əsas yarışında qarşılaşacaqlar.
“Çox qəribədir. Hər kəs Ömərin çox yaxşı olduğunu bilir. Amma o, hələ də heç kəsi məğlub etməyib. Kori planetin ən təlim keçmiş döyüşçülərindən biridir. Yeri gəlmişkən, Sandhagen bir gün yüngül çəkiyə yüksəlmək istədiyini söylədi” – deyib Omalli.