“Hələ qarşıda bir oyunumuz da var”

Qadın voleybolçuların yüksək liqasında ilk yarımfinal oyununda debütant “Turan” son illərdə yüksəlişdə olan “Gəncə”yə 3:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qalib klubun liberosu Landeros Palacios Jozeline bunu deyib:

“Bugünkü qələbəyə görə çox şadıq. “Gəncə”nin bu gün mübarizə aparmaq üçün gələcəyini bilirdik. Qələbə qazandığımız üçün çox xoşbəxtik. Hələ qarşıda bir oyunumuz da var və biz bütün diqqətimizi bu qarşılaşmaya toplamışıq”.

Həmin kateqoriyadan