- Baxış sayı: 38
- 10 Aprel 2026 22:20
- Baxış sayı: 67
- Aprel 10, 2026
- 0

Markus Bettinelli “Mançester Siti” ilə 1-illik müqavilə imzalayıb və 2027-ci ilin yayına qədər “Etihad” stadionunda qalıb. Allsport.az saytı xəbər verir ki, 33 yaşlı qapıçı “Siti”nin 3-cü qapıçısıdır və 2025-ci ilin yayından “şəhərlilər”ə qoşulub və hələlik əsas heyətdə bir dəfə də olsun meydana çıxmayıb.
“Daha bir mövsüm “Mançester Siti”də qalacağımı bilmək gözəl bir hissdir. Burada olmaq əsl şərəfdir və hər gün çox şey öyrənirəm. Heyət fantastik idi – ilk gündən etibarən həqiqətən dəstək hiss etdim.
Mənim işim əlimdən gələni etmək, digər qapıçılarımızı irəli aparmaq və komanda olaraq inkişaf etməyimizi təmin etməkdir. Düşünürəm ki, bunu mütləq etmişik”, – ingiltərəli qolkiper fikrini açıqlayıb.