“Hər matçda komanda özünəməxsus dəsti-xətti ilə seçilirdi”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində “Trabzonspor”u 3:2 hesabı ilə məğlub etdiyi görüş barədə fikrini bölüşüb.

Allsport.az xəbər verir ki, o, rəqib barədə geniş danışmağa ehtiyac olmadığını bildirib: “Bu Türkiyədə sonuncu yoxlama oyunumuz idi. Elə planlaşdırmışdıq ki, yoxlama oyunlarındakı rəqiblərimiz zəifdən güclüyə doğru dəyişsin. “Trabzonspor” haqda geniş danışmaq artıqdır. Super liqanın iddialı komandası ilə oyunda çalışdıq ki, rəsmi matça nə dərəcədə hazır olduğumuzu dəqiqləşdirək. Futbolçularımız məşqlərdə işlədiyimiz elementləri tətbiq etməyə, əvvəlki oyunlardakı səhvləri təkrarlamamağa çalışdılar. Ümumi götürdükdə, uşaqların toplanış çərçivəsində gördüyü işdən razı qaldım. Faydalı toplanış oldugunu düşünürəm. Super liqanın 3 klubu ilə qarşılaşmaq yaxşı oldu. Hər matçda komanda özünəməxsus dəsti-xətti ilə seçilirdi”.

Həmin kateqoriyadan