“Hər şeyə görə ona çox minnətdaram”

Rusiya futbolunun bütün zamanların ən çox qol vuran oyunçusu Artyom Cüba, Mirça Luçeskunu dövrümüzün ən böyük məşqçilərindən biri adlandırıb. Allsport.az saytı xəbər verir ki, onun “Zenit”də oynadığı dövrdə rəhbərlik etdiyi ruminiyalı məşqçi aprelin 7-də 80 yaşında vəfat edib.

“Mirça Luçesku dövrümüzün ən böyük məşqçilərindən biridir. Həqiqətən güclü mütəxəssis! Karyeramın ən güclü, bəlkə də ən güclü məşqçilərindən biridir. Hər şeyə görə ona çox minnətdaram.

Biz onu “Zenit”də çox sevirdik və o, həmişə Saşa Kokorinə və mənə isti yanaşırdı. O, oyunçuları və insanları dərindən başa düşürdü. Onunla keçirdiyim il unudulmaz oldu”, – hücumçu deyib.

Həmin kateqoriyadan