- Baxış sayı: 34
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0
Fransa Liqa Kubokunda yeni mövsümə start verilib. Allsport.az xəbər verir ki, Liqa 2-də çıxış edən “Lans” da ilk kubok matçına çıxıb.
“Land of fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) reklamı ilə çıxış edən “Lans” ilk mərhələdə “Ayaçço” ilə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Daha dəqiq olan “Ayaçço” 4:2 hesabıyla üstün olaraq mərhələ adlayıb.
Beləcə, Hafiz Məmmədovun komandası mübarizəni elə startdaca dayandırmalı olub.